Az | EN

Azərbaycanda fintex sektoru maliyyə bazarının əsas iştirakçılarından birinə çevrilib.

Cəmil Hüseynzadə
09 İyun 2026 13:18
66 baxış
Azərbaycanda fintex sektoru maliyyə bazarının əsas iştirakçılarından birinə çevrilib.

Bu fikri Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev səsləndirib.

O bildirib ki, son illərdə həyata keçirilən islahatlar və dövlət dəstəyi ölkədə rəqəmsal maliyyə ekosisteminin sürətli inkişafına təkan verib. Abdullayevin sözlərinə görə, fintex şirkətləri artıq ənənəvi maliyyə xidmətlərinə alternativ olmaqdan çıxaraq maliyyə sektorunun ayrılmaz hissəsinə çevrilib və bazarın inkişafında mühüm rol oynayır.

Assosiasiya rəhbəri vurğulayıb ki, açıq bankçılıq, Ani Ödəniş Sistemi, rəqəmsal identifikasiya texnologiyaları, innovativ layihələrin təşviqi və xüsusi tənzimləmə mexanizmləri maliyyə sektorunda yeni imkanlar formalaşdırır.

Onun fikrincə, dövlət qurumları, tənzimləyicilər, banklar, ödəniş təşkilatları və texnologiya şirkətləri arasında əməkdaşlığın genişlənməsi Azərbaycanın regionun aparıcı rəqəmsal maliyyə mərkəzlərindən birinə çevrilməsinə şərait yaradacaq.

© copyright 2022 | tech.az | info@tech.az