Az | EN

Azərbaycanlı məktəblilərin hazırladığı “Zəfər” peyki orbitə buraxıldı

Nigar Sultanli
03 Dekabr 2025 12:34
269 baxış
Azərbaycanlı məktəblilərin hazırladığı “Zəfər” peyki orbitə buraxıldı

Azərbaycanlı məktəblilərin hazırladığı ilk “Azərbaycanın Zəfəri” peyki Kaliforniyanın Vandenberq Kosmik Qüvvələr Bazasından SpaceX şirkətinin “Falcon 9” raketi ilə uğurla orbitə göndərilib!

Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın Milli Peyk İnnovasiya Müsabiqəsi çərçivəsində 297 nömrəli məktəbin şagirdləri tərəfindən hazırlanan bu kiçik ölçülü - “pocketqube” peyki artıq kosmosdadır.

Azərkosmosun KOSMİK Akademiyası və Braziliyanın “IDEIA Space” şirkəininin birgə təşəbbüsü kimi reallaşan layihə ölkənin təhsil və innovasiya ekosistemində tarixi dönüş nöqtəsi hesab olunur.

© copyright 2022 | tech.az | info@tech.az