İsrailin texnologiya sektoru 2025-ci ilin noyabr ayını ilin ən uğurlu maliyyələşmə dövrlərindən biri kimi başa vurub. Müharibə, siyasi gərginlik və qlobal maliyyə bazarındakı çətinliklərə rəğmən, ölkənin startap ekosistemi xarici investorların diqqətini cəlb etməyi bacarıb. Ay ərzində ümumilikdə 28 investisiya sazişi üzrə 1,435 milyard dollar vəsait cəlb edilib ki, bu da 2025-ci ilin ikinci ən yüksək aylıq nəticəsi olmaqla yanaşı, 2021-ci ilin investisiya bumundan bəri qeydə alınan ən yaxşı göstəricisidir.
İnvestorlar əsasən kibertəhlükəsizlik, süni intellekt, kvant hesablamaları və müdafiə sənayesi kimi sahələrə kapital yatırmağa üstünlük veriblər. Bu kəskin artımın arxasında isə bir neçə iri həcmli sövdələşmə dayanır. Məsələn, birjaya çıxmağa hazırlaşan kibertəhlükəsizlik şirkəti "Armis" 6,1 milyard dollar qiymətləndirmə ilə 435 milyon dollar investisiya əldə edib. Digər diqqətçəkən məqam isə dron istehsalçısı "Heven AeroTech" şirkətinin "IonQ" tərəfindən idarə olunan raundda 100 milyon dollar cəlb edərək bazar dəyərini 1 milyard dollara çatdırmasıdır ki, bu da ilin ən böyük müdafiə texnologiyası investisiyaların biri hesab olunur. Bundan əlavə, bir neçə digər şirkət də 50 milyon dollardan 100 milyon dollara qədər investisiya cəlb edərək sektorun canlılığını nümayiş etdirib.
