135 min 420 dollarlıq iPhone 14 Pro Max satışa çıxarılıb

Bənövşə Kazımova
03 Noyabr 2022 16:33
142 baxış
135 min 420 dollarlıq iPhone 14 Pro Max satışa çıxarılıb

Rusiyada yerləşən lüks dizayn şirkəti Caviar ötən aylarda təqdim edilən iPhone 14 Pro Max modeli üçün yeni dizayn təqdim edib.

Belə ki, Caviar şirkəti 1TB iPhone 14 Pro Max-ın xarici dizaynını tamamilə yeniləyib. Dizaynerlər xüsusi örtük üçün 18 karat qızıl və 8 brilyantdan istifadə ediblər. Bundan əlavə, telefonun arxa hissəsinə dünyanın ən bahalı saat istehsalçılarından biri olan Rolex saatını birləşdirilib.

Yeni dizaynla təqdim edilmiş telefonun qiyməti isə 135 min 420 dollar olaraq müəyyən edilib. Şirkət verdiyi açıqlamada belə modeldən yalnız 3 ədəd hazırlandığını və artıq hazırlanmayacağını bildirib.

© copyright 2022 | tech.az | info@tech.az