2-ci dəfə “PASHA Hackathon”u keçiriləcək 

Bənövşə Kazımova
31 Avqust 2022 13:37
461 baxış
2-ci dəfə “PASHA Hackathon”u keçiriləcək 

PASHA Holding, Hackquarters və PAŞA Həyat-ın birgə təşkilatçılığı ilə 7-9 oktyabr tarixlərində PASHA Hackathon keçiriləcək.

Hakaton tələbələri və proqramçıları mövcud iş prosesindəki problemləri həll etməyə və PAŞA Life tərəfindən həyata keçirilən yeni ideyalar yaratmağa təşviq etmək məqsədi daşıyan 48 saatlıq kodlaşdırma yarışmasıdır. Yarışma “Müəyyən seqmentlər üçün həyat sığortası məhsullarının penetrasiya səviyyəsinin artırılması” mövzusunda olacaq.

Nəzərinizə çatdıraq ki, hakaton risklərə diqqət çəkməklə müştəriləri yeni məhsullar və kampaniyalar haqqında məlumatlandırmaq, gənc nəsil arasında sığorta haqqında məlumatlılığı artırmaq və digər kateqoriyalar üzrə keçiriləcək. Hakatonun sonunda ilk üç yeri tutan komandaya uyğun olaraq bu mükafatlar veriləcək:

  • 1-ci yer: 6000  manat
  • 2-ci yer: 4000 manat
  • 3-cü yer: 2000 manat 

Proqrama son müraciət tarixi 22 sentyabrdır. Hakatona buradan qeydiyyatdan keçə bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az