2021-ci ildə oyunlardan ən çox gəlir əldə edən şirkətlər açıqlanıb

Səbinə Eyvazova
04 İyun 2022 13:30
47 baxış
2021-ci ildə oyunlardan ən çox gəlir əldə edən şirkətlər açıqlanıb

Tencent, Apple və Microsoft kimi nəhəng şirkətlərin 2021-ci il oyun gəlirləri oyun sənayesi üzrə bazar araşdırması aparan NewZoo tərəfindən açıqlanıb.

Əldə olunan məlumata görə, şirkətlərin 2021-ci ildə ümumi oyun gəlirləri 126 milyard dolları keçib. Bundan əlavə, "League of Legends" və "PUBG Mobile" kimi məşhur oyunların sahibi olan Tencent ildən-ilə 9,9 faiz artaraq 32,2 milyard dollar gəlirlə liderlik kürsüsündədir.

Həmçinin illik gəlirinin 2,3 faiz azalmasına baxmayaraq, siyahıda ikinci sırada olan və oyun bazarının nəhəng adlarından biri olan Sony-nin illik gəliri 18,2 milyard dollar olub. iOS ekosistemi ilə geniş istifadəçi bazasına çatan və bazarda 17,7 faiz irəliləyiş əldə edən Apple da 15,3 milyard dollarlıq ümumi gəlirlə 3-cü pillədə yer alıb. Növbəti sıralarda isə müvafiq olaraq Microsoft, Google, NetEase, Activision/ Blizzard və Nintendo şirkətləri yer alıb.

© copyright 2022 | tech.az | info@tech.az