500 milyon “WhatsApp” istifadəçisinin məlumatları oğurlanıb

Bənövşə Kazımova
26 Noyabr 2022 11:22
183 baxış
500 milyon “WhatsApp” istifadəçisinin məlumatları oğurlanıb

Təxminən 500 milyon “WhatsApp”-ın istifadəçisinin məlumatları oğurlanıb.

Belə ki, 487 milyon “WhatsApp” istifadəçisinin məlumatları xaker forumunda elanda satışa çıxarılıb. Elanda verilən məlumata görə, oğurlanmış məlumat bazasına yalnız istifadəçilərin telefon nömrələri daxil edilib.

Hətta mövzu ilə bağlı “Cybernews” agentliyi sübut üçün xakerlərdən nümunə məlumatları istəyib. Sınaq üçün göndərilən 1097 ABŞ və 817 Böyük Britaniyaya qeydiyyatdan keçmiş telefon nömrələrinin düzgünlüyü yoxlanılarkən onların hamısının “WhatsApp” istifadəçiləri olduğu təsdiqlənib. Oğurlanmış məlumatlardan təsirlənən ölkələr arasında Misir, İtaliya və ABŞ da var.

“Meta” şirkəti isə hələlik mövzu ilə bağlı heç bir rəsmi açıqlama verməyib. Əgər oğurlandığı iddia edilən məlumatlar realdırsa, tətbiqdə qeydiyyatdan keçmiş istifadəçilərin dörddə birinin təsirləndiyini söyləmək olar. Çünki “WhatsApp”ın 2 milyarddan çox istifadəçisi var və hakerlər məlumat bazasında yalnız aktiv hesabların olduğunu bildirirlər.

© copyright 2022 | tech.az | info@tech.az