90-ların oyunu Tetris

Cəmil Hüseynzadə
08 May 2022 13:30
929 baxış
90-ların oyunu Tetris

Tetris. Bir çoxlarını uşaqlığına geri aparan o məşhur oyun. Yəqin ki, oyunu uşaqlığı 90-danlara təsadüf edənlər oyunu məhs həmin illərə aid edir. Bilinənin əksinə oyunun daha qədim və böyük tarixi var. Tetris 1984-cü ildə Sovet proqram mühəndisi Aleksey Pajitnov tərəfindən yaradılmışdır. Sovet Elmlər Akademiyasında nitqin tanınması üzrə tədqiqatçı kimi çalışan Pajitnovun ambisiyası insanları xoşbəxt etmək üçün kompüterlərdən istifadə etmək idi. Bunun üçün o müxtəlif kompüter oyunları hazırlayırdı. Bu oyunlardan ən məşhuru isə Tetris oldu. Tetris adı "tetra" ("dörd" deməkdir) və sevimli idman növü olan "tennis" sözlərinin birləşməsindən yaranmışdır. Oyunun ilk hazırlandığı kompüter Electronika 60-da qrafik interfeys olmadığı üçün Pajitnov boşluqlar və mötərizələrdən istifadə edərək sahəni və parçaları modelləşdirmişdi.Tamamlanmış xətlərin ekranı tez doldurduğunu anlayan Pajitnov Tetris oyununun əsas hissəsini yaradaraq onları silmək qərarına gəlib. Oyun tez bir zamanda Elmlər Akademiyasının ofislərinə yayıldı və bir neçə həftə ərzində kompüteri olan hər Moskva institutuna oynanılmağa başladı. İş o yerə çatmışdı ki, Tibb İnstitutunda oyunu qadağan etdi. Tetris ən böyük video oyunlarından biridir. 2011-ci ilin dekabr ayına qədər o, 202 milyon nüsxə və 132 milyon pullu mobil oyun endirilməsi satmaqla bütün zamanların ən çox satılan video oyun franşizalarından birinə çevrildi. Game Boy versiyası bütün zamanların ən çox satılan oyunlarından biridir və 35 milyon nüsxədən çox satılmışdır. Tetrisin bir çox individuallığı və ilkləri var. Belə ki, oyun kosmosa göndərilən ilk videooyubdur. 1993-cü ildə rus kosmonavtı Aleksandr Serebrovun Mir kosmik stansiyasına öz Nintendo Game Boy və Tetris oyununu aparması tarixdə bir ilkə imza atmasına səbəb olmuşdur. Tetris oyunu sonralar b

ir çox elmi işlərin, tədqiqatların mövzusu olmuşdur. Bir sıra nüfuzlu universitetlər oyunun insan üzərində təsirini araşdırmışdır. 2009-cu ildə yayımlanan sənədlərə görə oyun insan beyninin forması dəyişir. Oyunun lisenzaiyası üzərində də bir çox mübahisələr aparılmışdır. 1996-cı ildə mübahisələr yekunlaşaraq oyunun əqli mülkiyyət hüquqnunu Aleksey Pajitnov geri vermişdir.

© copyright 2022 | tech.az | info@tech.az