ABŞ-ın Federal Rabitə Komissiyası Çindən Huawei, ZTE, Hytera və bir sıra digər şirkətlərin istehsalı olan telekommunikasiya avadanlığının ölkəyə gətirilməsini və satışını qadağan edib. Bu barədə tech.az report.az-a istinadən xəbər verir.
Verilən məlumatlarda bildirilib ki, qadağa tətbiq olunan avadanlıq və xidmətlərin siyahısına hazırda “Huawei Technologies”, “ZTE Corporation”, “Hytera Communications”, “Hangzhou Hikvision Digital Technology”, “Dahua Technology” və onların törəmə və filialları tərəfindən istehsal olunan rabitə məhsulları daxildir.
Bu addımın atılmasında əsas səbəbin bu avadanlıqların ABŞ-ın milli təhlükəsizliyi üçün qəbuledilməz risk yaratdığı qeyd olunub.