ABŞ-da istifadə edilən iPhone-ların sayı ilk dəfə olaraq Android smartfonlarının sayını keçib

Bənövşə Kazımova
05 Sentyabr 2022 11:36
92 baxış
ABŞ-da istifadə edilən iPhone-ların sayı ilk dəfə olaraq Android smartfonlarının sayını keçib

iPhone 2007-ci ildə satışa çıxarılandan bəri iOS əməliyyat sistemi ABŞ-da heç vaxt Android-i ötməyib. iOS ilk dəfə çıxanda bazarda üstünlüyü Blackberry, Nokia və Motorola kimi şirkətlər təşkil edirdi. Android isə 2010-cu ildə debüt etdikən sonra bütün brendləri və iOS-u geridə qoyub. Bu ilə qədər də liderliyini qoruyub saxlayırdı. 

Counterpoint-in paylaşdığı yeni hesabata görə, ABŞ-da aktiv şəkildə istifadə edilən iPhone-ların sayı ilk dəfə olaraq Android telefonlarının sayını keçib. 2007-ci ildən bəri davam edən rəqabət nəticəsində Apple bu ilin iyun ayında bütün Android ekosistemini qabaqlayıb. Hesabat nəticəsində məlum olub ki, Apple dünya üzrə qiyməti 400 dollardan çox smartfon satışında 57 faiz bazar payına malik olduğu halda, ABŞ-da qiyməti 1000 dollardan çox olan smartfon satışında 78 faiz bazar payı ilə rəqiblərini geridə qoyub.

Android bütün dünyada liderliyini qoruyub saxlamaqda davam edir. Ancaq pandemiya və yüksək inflyasiyaya baxmayaraq iPhone satışları da azalmayıb.

© copyright 2022 | tech.az | info@tech.az