ABŞ Google şirkəti ilə birgə açıq mənbəli çiplər istehsal edəcək

Bənövşə Kazımova
17 Sentyabr 2022 14:27
56 baxış
ABŞ Google şirkəti ilə birgə açıq mənbəli çiplər istehsal edəcək

Çip istehsalını artırmaq üçün bu yaxınlarda 50 milyard dollarlıq CHIPS qanunu qəbul edən ABŞ Google ilə yeni bir əməkdaşlığa imza atıb.

Yeni ortaqlığın məhdudiyyətlər və lisenziya ödənişləri kimi problemləri aradan qaldıracağı gözlənilsə də, açıq mənbəli çiplərin istehsalına imkan verəcək. Məlumata görə, Milli Standartlar və Texnologiya İnstitutu (NIST) tərəfindən həyata keçiriləcək yeni razılaşmaya əsasən, o, təxminən 40 unikal çip dizaynı üçün nanosensorlar, bioelektronika, süni intellekt və kvant hesablamaları üzrə Google ilə tərəfdaşlıq maliyyələşdiriləcək.

Yeni müqavilə ilə bağlı açıqlamalar verən Google Public Sector CEO Vill Qrannis şirkətin uzun müddətdir açıq mənbə rəhbərliyinə diqqət çəkərək dövlət və özəl qurumların əməkdaşlıq edəcəklərini bildirib.

© copyright 2022 | tech.az | info@tech.az