ABŞ-ın ən böyük bankları PayPal və Apple Pay-ə rəqib olmaq üçün bir araya gəlirlər

Bənövşə Kazımova
24 Yanvar 2023 13:03
113 baxış
ABŞ-ın ən böyük bankları PayPal və Apple Pay-ə rəqib olmaq üçün bir araya gəlirlər

"Wall Street Journal"ın verdiyi məlumata görə, ABŞ-ın ən böyük bankları “Apple Pay” və “PayPal”a rəqib xidmət yaratmaq üçün bir araya gəlirlər.

“JPMorgan”, “Capital One”, “Bank of America”, “Truist”, “PNC Bank”, “U.S. Bancorp” və “Wells Fargo”un birgə yaratdığı "Early Warning Services" şirkəti yeni bir ödəniş sistemi üzərində işləyir. Bu sistem əsasən, PayPal və Apple Pay kimi internet və fiziki mağazalarda istifadə ediləcək və rəqəmsal pul qabı kimi xidmət edəcəkdir.

Hazırda xidmət haqqında ətraflı məlumat çox olmasa da, onun 2023-cü ilin ikinci yarısında ABŞ-da istifadəyə verilməsi planlaşdırılır. Banklar müştəri münasibətləri üzərində nəzarətin itirilməsindən narahatdırlar və bu addımla fırıldaqçılıq risklərini azaltmağa çalışırlar.

Məlumatlarda xidmətin necə işləyəcəyi barədə də məlumat verilib. Bildirilib ki, istifadəçi ödəniş səhifəsində öz e-poçt ünvanını göstərəcək, daha sonra satıcı EWS ilə əlaqə saxlayacaq, o isə öz növbəsində banklardan əməliyyatın təsdiqini xahiş edəcək.
 

© copyright 2022 | tech.az | info@tech.az