Meta onlarla saxta Facebook və Instagram hesablarının arxasında ABŞ ordusu ilə əlaqəli şəxslərin olduğunu ortaya çıxıb..
Şirkət bu yaxınlarda dərc etdiyi hesabatda bir çox hesabın şirkət siyasətlərini pozduğu üçün bağlandığını açıqlayıb. Belə ki, Facebook-da 39 hesab, 16 səhifə, iki qrup, Instagram-da isə 26 hesabı silən Meta bu hesabların ABŞ ordusu ilə əlaqəli olduğunu bildirib. Hesabatda həmçinin qeyd olunub ki, bu hesabların bəziləri Əfqanıstan, Əlcəzair, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Rusiya, Somali, Suriya, Tacikistan, Özbəkistan və Yəmən kimi bir sıra ölkələri əhatə edir.
Məsələ ilə bağlı açıqlama verən Pentaqon-un sözçüsü Sezar Santiaqo bütün məlumatları nəzərdən keçirdiklərini bildirib.