AERWINS Technologies ilk uçan velosipedini Detroyt avto şousunda təqdim edib

Bənövşə Kazımova
17 Sentyabr 2022 13:20
107 baxış
AERWINS Technologies ilk uçan velosipedini Detroyt avto şousunda təqdim edib

Yapon startapı AERWINS Technologies ilk uçan velosipedini Detroyt avto şousunda təqdim edib.

40 dəqiqə uça bilən Hoverbike saatda təxminən 100 kilometr sürətə çata bilir. AERWINS Technologies-in qurucusu və baş direktoru Şuhei Komatsu şirkətin pilotsuz uçan aparatların istehsalına da başladığını bildirib. Komatsu açıqlamasında 2023-cü ildə XTURISMO hoverbike-ın daha kiçik bir versiyasını ABŞ-da satmağı planlaşdırdığını da qeyd edib.

Cihaz artıq Yaponiyada satışa çıxarılıb. Amerika versiyasının təxmini qiyməti 777 min dollar olaraq müəyyən edilib. Ehtimal olunur ki, startap 2025-ci ilə qədər daha kiçik, elektrikli modelin dəyərini 50 min dollara qədər azaldacaq.

© copyright 2022 | tech.az | info@tech.az