AirTag hava limanı işçisinin oğurladığı çamadanı tapıb

Bənövşə Kazımova
20 Avqust 2022 12:37
179 baxış
AirTag hava limanı işçisinin oğurladığı çamadanı tapıb

ABŞ-da baş verən son hadisədə AirTag hava limanında işçinin oğurladığı çamadanı tapıb.

Florida Beynəlxalq Hava Limanında işləyən 19 yaşlı Giovanni De Luca iki ayrı oğurluq ittihamı ilə həbs edilib. Florida polisinin verdiyi məlumata görə, iki çamadan bir gündə hava limanında yoxa çıxıb.

Bir gündə iki çamadan oğurlayan De Luka bu çantalardan birində AirTag olduğunu bilməyib. AirTag ilə çamadanını tapmağın mümkün olduğunu deyən zərərçəkmiş sərnişin çamadanının yeri barədə polisə məlumat verib. AirTag-ın göstərdiyi ünvanın isə 19 yaşlı hava limanının əməkdaşına məxsus olduğu bildirilib.

Bildirək ki, AirTag yaxınlıqdakı cihazların aşkarlaya bildiyi “Find My” şəbəkəsində təhlükəsiz Bluetooth siqnalı verir. Bu cihazlar AirTag-in yerini iCloud-a göndərir ki, bu da Find şəbəkəsi üzərindən izlənilən izləyicinin dəqiq yerini xəritədə göstərir.

© copyright 2022 | tech.az | info@tech.az