Amazon Hindistanda qida çatdırılma xidmətini bağlayır

Bənövşə Kazımova
26 Noyabr 2022 14:52
90 baxış
Amazon Hindistanda qida çatdırılma xidmətini bağlayır

Amazon cümə günü Hindistanda sınaqdan keçirdiyi qida çatdırılma xidmətini bağlayacağını açıqlayıb. 

Amazon bütün dünyada minlərlə işçini ixtisar etməyi planlaşdırsa da, istədiyi səmərəliliyi əldə etməyən törəmə şirkətlərini də bağlayır. Bu istiqamətdə şirkət Hindistandakı restoran tərəfdaşlarına 2020-ci ilin may ayında başladığı qida çatdırılma xidmətini dekabrın 29-dan dayandırmaq qərarına gəldiyini bildirib.

Açıqlamada "İllik biznes planlaşdırma nəzərdən keçirmə prosesimizin bir hissəsi olaraq, Bengaluruda pilot qida çatdırılması biznesimiz olan Amazon Food-u dayandırmaq qərarına gəldik", - deyə qeyd olunub. Şirkət keçid dövründə həm bu xidmətdən istifadə edən istehlakçıların, həm də onların tərəfdaşlarının təsirlənməməsi üçün əlindən gələni edəcəyini bildirib. 

Şirkətin 2021-ci ildə ölkədəki ümumi məhsul dəyərinin 18 milyard ilə 20 milyard dollar arasında olduğu bildirilir. Lakin ümumilikdə Amazon-un Hindistanda fəaliyyəti arzuolunan səviyyədə deyil.

© copyright 2022 | tech.az | info@tech.az