Amazon şirkəti yeni nəsil "Kindle” hazırlayıb

Bənövşə Kazımova
15 Sentyabr 2022 11:32
93 baxış
Amazon şirkəti yeni nəsil "Kindle” hazırlayıb

Amazon şirkəti hazırladığı “Kindle” və “Kindle Kids” - yeni nəsil elektron kitablar təqdim edib. 

Məlumat üçün bildirək ki, elektron kitablar oktyabr ayından satış çıxarılacaq. “Kindle”ın qiymətinin 100, “Kindle Kids”in qiymətinin isə 120 dollar olacağı gözlənilir.

Elektron kitablar 6 düymlük ekran və 16 Gb daxili yaddaşa malikdir. Köhnə versiyada isə bu 8 Gb olub. 

© copyright 2022 | tech.az | info@tech.az