Android oyunları kompüterlərə gəlir

Bənövşə Kazımova
27 Avqust 2022 14:04
186 baxış
Android oyunları kompüterlərə gəlir

Google son aylarda Android oyunlarını Windows-a gətirəcək yeni "Google Play Games For PC" proqramını təqdim edib.

Kompüterlər üçün "Google Play Games" 5 ölkədə artıq istifadəyə verilib. Beləliklə, oyunçular kompüter vasitəsilə birbaşa Android oyunlarına daxil olmaq şansı əldə ediblər.

Bu funksiyanın Cənubi Koreya, Honq-Konq, Tayvan, Tayland və Avstraliyada açıq beta versiyada bütün istifadəçilər üçün əlçatan olduğu bildirilir. Həmçinin Google Play Games PC açıq beta versiyasında 4 nüvəli prosessor, inteqrasiya olunmuş GPU və 10 GB yaddaş sahəsi kimi sistem tələblərinə ehtiyac duyur.

Həm masaüstü, həm də dizüstü kompüterlər üçün tətbiq dəstəyinin təqdim ediləcəyini deyən Google funksiyanın telefonlar və kompüterlər arasında sinxronlaşdırılacağını da bildirib. Beləliklə, istifadəçilər Android telefonlarında yarımçıq qoyduqları oyunları kompüterlərində davam etdirə biləcəklər. Siçan və klaviatura girişlərini də dəstəkləyəcək yeni kompüter proqramının sınaqlardan sonra bütün Windows istifadəçiləri üçün əlçatan olacağı gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az