App Store-da göstərilən reklamların sayı artacaq

Bənövşə Kazımova
14 Sentyabr 2022 14:35
65 baxış
App Store-da göstərilən reklamların sayı artacaq

Apple tezliklə tətbiq mağazası olan App Store-da daha çox reklam göstərəcəyi barədə məlumat verib. Üstəlik bu qərarın ilin sonuna kimi qüvvəyə minəcəyi bildirilir. 

Bundan əlavə, bu məlumat tərtibatçılara göndərilən elektron məktubda da rəsmi olaraq təsdiqlənib. Sözügedən e-poçtda qeyd olunub ki, Apple yaxın günlərdə bir tədbir keçirəcək və bu tədbir çərçivəsində App Store-da yeni reklam bölməsi yerləşdirməsi ilə bağlı tərtibatçıları məlumatlandıracaq. Şirkət tərtibatçılara e-poçtda tədbirin sentyabrın 21-də baş tutacağını da bildirib.

Qeyd edək ki, şirkətin üzərində işlədiyi yeni reklam strategiyasının təfərrüatları hələ aydın deyil. Həmçinin mağazada yerləşdiriləcək reklam bölməsinin görünüşünün necə olacağı və reklamların harada göstəriləcəyi də məlum deyil. 

© copyright 2022 | tech.az | info@tech.az