“App Store”da NFT əməliyyatları aparmaq mümkün olacaq. Bunu etməyə Apple şirkəti icazə verib.
Məlumatlara görə, App Store-da NFT yaratmağa, satmağa və almağa imkan veriləcək. “Apple”ın rəqəmsal tokenlərin və valyutaların ticarətinə imkan verən digər proqramların dərcinə etirazı olmayacaq, amma bu birjalar tətbiqin yayıldığı orqanlardan tələb olunan lisenziyalara malik olmalıdırlar.
Bildirək ki, şirkət daxili ödəniş mexanizmi vasitəsilə xidmətlərin ödənilməsinə görə əməliyyat məbləğinin 30%-i həcmində rüsum alır. Bu, hətta “Apple”ın oyun tərtibatçısı “Epic Games” və musiqi platforması “Spotify” daxil olmaqla, bir neçə şirkətlə problemlər yaşamasına səbəb olub.
NFT sahəsinin inkişafı 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlinə təsadüf edib, lakin sonra tənəzzül baş verib. Bu il sentyabrın sonuna isə ticarət həcmi yanvarın rekord qiymətindən 97% azalıb: göstərici 17 milyard dollardan 466 milyon dollara azalıb.