Apple 2022-ci ilin birinci və ikinci rübündə əldə etdiyi gəlirin regionlar üzrə bölgüsü

Səbinə Eyvazova
09 Sentyabr 2022 16:09
103 baxış
Apple 2022-ci ilin birinci və ikinci rübündə əldə etdiyi gəlirin regionlar üzrə bölgüsü

Apple 2022-ci ilin birinci və ikinci rübündə 220 milyard dollara yaxın gəlir əldə edib.

Amerika qitəsi Apple-ın ən böyük regional bazarıdır və şirkət 2022-ci maliyyə ilinin birinci və ikinci rübündə bu qitədən 92,38 milyard dollar gəlir əldə edib. Amerikadan sonra iki əsas bazar Avropa və Çindən isə şirkət müvafiq olaraq 51,13 və 44,12 milyard dollar gəlir əldə edib. 

Amerika qitəsindən əldə edilən yüksək gəlir, əsasən, Apple-ın öz daxili bazarında ABŞ-da güclü performansı ilə bağlıdır. Məlumat üçün bildirək ki, Apple böyük fərqlə ABŞ-da smartfon satıcıları arasında ən böyük bazar payına sahibdir. Beynəlxalq satışların Apple-ın ümumi gəlirində artan paya malik olmasına baxmayaraq, ABŞ hələ də Apple-ın xalis satışlarının təxminən 40 faizini təşkil edir.

© copyright 2022 | tech.az | info@tech.az