Apple bəzi ölkələrdə App Store qiymətlərini qaldırır

Bənövşə Kazımova
21 Sentyabr 2022 15:17
57 baxış
Apple bəzi ölkələrdə App Store qiymətlərini qaldırır

Apple gələn aydan etibarən Avrozona ölkələrində, eləcə də Asiya və Cənubi Amerikanın bəzi ölkələrində App Store-da proqramın və proqramdaxili alışların qiymətlərini artıracağını bildirib. 

Yuxarıda da qeyd etdiyimiz kimi, App Store-da qiymət artımları Avrozona ölkələrində, həmçinin Avropada İsveç və Polşada, Asiyada Yaponiya, Malayziya, Pakistan, Cənubi Koreya və Vyetnamda, Cənubi Amerikada Çilidə olacaq. Hətta şirkət blog yazısında  yeni qiymətlərin oktyabrın 5-dən qüvvəyə minəcəyini qeyd edib.

İnflyasiyanın, faiz dərəcələrinin və enerji qiymətlərinin sürətlə artması bu il yen, avro və əksər inkişaf etməkdə olan ölkələrin valyutalarına təsir edib. Buna görə də qiymət artımının səbəbinin avro və digər valyutaların ucuzlaşması ilə bağlı olduğu düşünülür. Nəzərinizə çatdıraq ki, avro bu il son 20 ilin ən aşağı səviyyəsinə düşüb və həftələrdir dollar qarşısında zəifləyir.

© copyright 2022 | tech.az | info@tech.az