Apple böyük şirkətləri satın ala biləcəyini bildirib

Səbinə Eyvazova
30 İyul 2022 13:30
44 baxış
Apple böyük şirkətləri satın ala biləcəyini bildirib

Apple şirkətinin icraçı direktoru Tim Kuk maliyyə hesabatı ilə bağlı investorlarla söhbətində şirkətin satınalmalar edə biləcəyini qeyd edib. 


İnvestorlarla görüşdə icraçı direktor Tim Kuka hər il böyüyən xidmətlər bazarı ilə bağlı suallar verilib. Məşhur iş adamından həmçinin şirkətin xidmətlərini daha da genişləndirmək üçün xarici məhsullar almaqda maraqlı olub-olmayacağı soruşulub. Kuk bu ehtimalın olduğunu, lakin şirkətin strateji planı olmadan belə bir addımın atmayacağını açıq şəkildə bildirib.

O, şirkətin strategiyaları ilə bağlı suala ətraflı cavab verməsə də, şirkətin potensial satınalmalar üçün bazarı daim izlədiyini də əlavə edib. CEO həmçinin hələlik daha kiçik şirkətlər almağa və Apple-a enerji qata biləcək insanları işə götürməyə fokuslandıqlarını bildirib.


Bu məsələ son vaxtlar iqtisadi çətinliklərlə üzləşən Netflix-i Apple-ın satın alma ehtimalını ortaya qoyur. Hətta bir çox analitiklər Apple-ın Netflix-i ala biləcəyini və belə bir satınalmanın hər iki şirkət üçün faydalı ola biləcəyini düşünürlər.

© copyright 2022 | tech.az | info@tech.az