Apple Çində iPhone istehsalını dayandırır

Səbinə Eyvazova
23 Sentyabr 2022 11:02
54 baxış
Apple Çində iPhone istehsalını dayandırır

Apple şirkəti Çində iPhone istehsalını azaltmaq qərarına gəlib. Analitiklər bildirir ki, Apple artan geosiyasi gərginlik və sərt koronavirus qaydaları səbəbindən Çində iPhone istehsalını azaltmaq istəyir. 

Apple 2025-ci ilə qədər iPhone istehsalının dörddə birini Hindistana köçürmək istəyir. Bundan əlavə şirkət 2022-ci ilin sonuna qədər iPhone 14 istehsalının təxminən 5 faizini Çindən Hindistana daşıyacaq.

Bundan əlavə, 2025-ci ilə qədər Mac, iPad, Apple Watch və AirPods da daxil olmaqla bütün Apple məhsullarının təxminən 25 faizinin Çindən kənarda istehsal ediləcəyi təxmin edilir.

© copyright 2022 | tech.az | info@tech.az