“Apple” dünən “iPad 10” və “iPad Pro”nu təqdim edib

Bənövşə Kazımova
19 Oktyabr 2022 14:26
122 baxış
  “Apple” dünən “iPad 10” və “iPad Pro”nu təqdim edib

“Apple” 18 oktaybrda “iPad 10” və “iPad Pro” planşetlərini təqdim edib. Bu barədə məlumatı "Bloomberg" xəbər agentliyi verib.

Agentliyin verdiyi məlumata görə, iPad 10 modeli 2017-ci ildən dizaynı dəyişməyən “Apple” planşetlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Planşetin dizayn xüsusiyyətlərinə gəlincə, məlumatlarda ekran diaqonalının 10,5 düym, ətrafındakı çərçivələrin isə incə olduğu qeyd olunub. Planşetdə ana səhifə düyməsinin olub-olmadığı hələlik bəlli deyil. 

Bundan əlavə, cihaz “Apple A14 Bionic” tək çip sistemi ilə təchiz edilib. Həmçinin “Lightning” konnektoru USB-C ilə əvəz edilib. “iPad Pro” planşetləri isə 11 və 12,9 düym ekrana sahibdir. Onun dizaynı dəyişməyib. Çox güman ki, əvvəlki modellərə bənzəyir.Onların satış qiyməti ilə bağlı hələlik məlumat yoxdur. 

Dünəndən etibarən artıq sifarişlərə başlanılıb. 26 oktyabr tarixindən isə planşetlər mağazalarda mövcud olacaq. Satış qiyməti hələ ki açıqlanmayıb.

© copyright 2022 | tech.az | info@tech.az