Apple-ın ''iPad Pro''larının qiyməti ''MacBook'' modellərindən daha yüksək olacaq

Bənövşə Kazımova
14 Mart 2023 14:21
105 baxış
Apple-ın ''iPad Pro''larının qiyməti ''MacBook'' modellərindən daha yüksək olacaq

Apple-ın 2024-cü il planlarına ''OLED'' displeyli yeni iPad Pro cihazlarının təqdim olunması daxildir. Lakin bu ''OLED'' ekranlı cihazlar və digər yeniliklərin daha bahalı olacağı təxmin edilir.

Cənubi Koreyanın ''The Elec'' nəşrinin xəbərinə görə, şirkət hələ öz qiymət strategiyasını dəyərləndirir. Təxminən yeni 11 düymlük iPad Pro 1500 dollar, 13 düymlük model isə 1800 dollardır.

Qeyd edək ki, bu təxmini qiymətlər isə hazırda mövcud olan bəzi ''MacBook'' modellərindən daha yüksəkdir. Məsələn, M2 prosessorlu MacBook Air bazarda 1199 dollara, M2 prosessorlu 13 düymlük MacBook Pro isə 1299 dollara satılır.

© copyright 2022 | tech.az | info@tech.az