Apple 2030-cu ilə qədər çoxlu geyilə bilən qurğular buraxmağı planlaşdırır. Bu cihazlardan biri də VR/AR eynək dəstidir.
Şirkət bu məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, yeni məlumatlar gəlməyə davam edir. Apple-ın iyun ayında WWDC konfransında cihazı təqdim edəcəyi gözlənilir. Financial Times-ın məlumatına görə, Apple-ın 2023-cü ilin iyununda eynəyi təqdim etmək qərarı şirkət daxilində narazılığa səbəb olub.
Bildirilir ki, Ceff Uilyamsın rəhbərlik etdiyi, Tim Kukun da olduğu əməliyyat qrupu cihazın mümkün qədər tez bazara çıxarmaq istəyir. Onlar bazara indi daxi olmağın məntiqli olduğuna inanırlar Bununla razılaşmayan dizayn qrupu isə AR eynək dəstini daha çox gözləməli olduğumuzu düşünür.
Apple-a yaxın mənbələri ilə tanınan məşhur analitik Minq Çi Kuo bildirib ki, Apple-ın bu eynəyi indiyə qədər dizayn edilmiş ən mürəkkəb Apple məhsulu olacaq və sənayeni tamamilə dəyişəcək. Sənayedə fərq yaratması gözlənilən yeni cihazın min ilə 3 min dollar arasında bir qiymətə sahib olacağı düşünülür.