Ən böyük iPhone istehsal bazası olan Apple-ın Çindəki fabrikində koronavirus səbəbilə işçilərin karantinə alındığı iddia edilib.
Belə ki, Çinin Çjençjou şəhərindəki dünyanın ən böyük iPhone istehsal bazası kimi tanınan fabrikində aşkar edilən koronavirus yoluxmları səbəbindən müəssisə qapalı istehsala keçib və karantinə alınıb. Hətta sosial mediada yayılan məlumatlarda təxminən 300 min adamın işlədiyi bilinən obyektin baş verən hadisələrə görə giriş-çıxışına qadağa qoyulduğu bildirilir.
Bununla bağlı açıqlama verən ən böyük iPhone tədarükçüsü Foxconn müəssisədəki bufetlərdə yemək yeməyin qadağan edildiyini, işçilərin yeməklərini yataqxanalarına aparmaq məcburiyyətində olduqlarını bildirib. Bundan əlavə, açıqlamada fabrikdəki əməliyyat və istehsalın nisbətən stabil olduğu və az sayda insanın bundan təsirləndiyi qeyd olunub. Bildirək ki, bu karantin müddətinin nə vaxta qədər davam edəcəyi bəlli deyil.