Bloomberg-in redaktoru Mark Qurman-ın paylaşdığı məlumata görə, Coni Ayv-dan sonra vəzifəyə başlayan və illərdir Apple-da çalışan Evans Henki də şirkətdən ayrılır. Henki hardware məhsullarının dizaynına cavabdeh idi və Apple-da sənaye dizaynı üzrə vitse-prezident idi.
Evans Henki önümüzdəki 6 ay Apple-da işləməyə davam edəcək və sonra şirkətdən ayrılacaq. Xatırladaq ki, o, son 3 il ərzində baş konstruktor vəzifəsində bütün Apple hardware məhsulları üzərində çalışıb. Verilən məlumatlarda vurğulanır ki, onun getməsi Apple tərəfindən rəsmi olaraq paylaşılmayıb, lakin şirkət əməkdaşlarına bu barədə məlumat verib.
Henki iki nəsil AirPods və Apple Watch, eləcə də iPhone 12, 13 və 14 üzərində işləyib. Onun yerinə kimin keçəcəyi ilə bağlı hələlik heç bir məlumat yoxdur.