Apple-ın yeni istehsal bazası Hindistan olacaq

Bənövşə Kazımova
24 Yanvar 2023 16:55
47 baxış
Apple-ın yeni istehsal bazası Hindistan olacaq

Daha əvvəlki xəbərlərimizdə də qeyd etdiyimiz kimi, Çinin tətbiq etdiyi sərt karantin siyasətləri səbəbindən iPhone 14 modellərinin istehsalında problem yaşayan Apple istehsal xəttini Çindən çıxarmağa hazırlaşır. 

Hindistanın ticarət naziri Şri Piyuş Qoyal Apple-ın Hindistanda daha çox məhsul istehsal etməyi, hətta bütün məhsullarının təxminən 25 faizinin ölkədə istehsalını planlaşdırdığını açıqlayıb. Bəzi analitiklər Apple-ın məhsullarının 25 faizini Hindistanda istehsal etmək məqsədinə 2025-ci ilə qədər çata biləcəyini proqnozlaşdırırlar.

Apple istehsalının bir hissəsinin Hindistanda olması Çində istehsal olunduğundan daha baha başa gələ bilər ki, bu da avadanlığın keyfiyyətinə potensial təsir göstərir.

Vurğulayaq ki, Çində istehsal infrastrukturunu və ucuz işçi qüvvəsini başqa ölkələrdə tapmaq asan deyil. Buna görə də, şirkət istehsalı Çindən kənara çıxarmaq planları çərçivəsində bəzi çətinliklərlə üzləşə bilər.

© copyright 2022 | tech.az | info@tech.az