Apple iOS 17-ni iyunun 5-də WWDC 2023 tədbirində təqdim etməyə hazırlaşır. Yeni əməliyyat sistemi ilə bağlı bir çox məlumat sızdırılsa da, ilk dəfə olaraq onun ağıllı ekrana bənzər bir funksiya təqdim edəcəyi ortaya çıxıb. Bloomberg-in iddiasına görə iOS 17, vidcet dəstəyini artıraraq smart ekran kimi istifadə ediləcək.
Bloomberg-in hesabatına görə, iOS 17-nin ən vacib xüsusiyyətlərindən biri iPhone-u smart ekrana çevirən yenilənmiş kilid ekranı olacaq. Bu yenilik ilə istifadəçilər; kilid ekranında təqvimi, bildirişləri və alarmları görə biləcək.
iOS 17 Amazon Echo Show və Google Nest Hub kimi məşhur cihazların dizaynını iPhone-a gətirəcək. Bloomberg-in iddiasına görə, yeni funksiya sayəsində iPhone yan çevirildikdə, kilid ekran dinamik və məlumatlandırıcı interfeysə çevriləcək. İstifadəçilər cihazın kilidini açmadan vacib məlumatları əldə edə biləcək.
Əslində, Google-da artıq buna oxşar kilid ekran funksiyası var. Lakin Android 10 ilə elan edilən bu xüsusiyyət hələ də bir çox funksiyaları göstərmək qabiliyyətinə malik deyil. Buna görə də Apple, Amazon Fire planşetinə bənzər dizayn üzərində işləyir.
Şirkət smart displeyləri və digər cihazları birləşdirərək istifadəçilərə daha geniş ekosistem təklif etməyi vəd edir.
iOS 17 yeniləməsinə əlavə olaraq, Apple-ın vidcetlər ilə bağlı watchOS üçün əsaslı bir dizayn dəyişikliyi edəcəyi gözlənilir.