Apple iPhone 14 Plus-ın istehsalını azaldır

Bənövşə Kazımova
19 Oktyabr 2022 16:51
81 baxış
Apple iPhone 14 Plus-ın istehsalını azaldır

Bir ay əvvəl iPhone 14-ün istehsal sayını azaltmağa qərar verən Apple indi də iPhone 14 Plus üçün də eyni qərarı verib. Belə ki, Apple aşağı satışlar səbəbindən “iPhone 14 Plus” smartfonunun istehsalını azaltmaq qərarına gəlib. 

Vurğulayaq ki, iPhone 14 və iPhone 14 Plus-ın ilkin satışları daha bahalı iPhone 14 Pro və 14 Pro Max modelləri ilə müqayisədə Apple-ın gözləntilərini qarşılaya bilməyib. Buna görə də şirkət Çindəki bəzi istehsal mərkəzlərinə iPhone 14 Plus istehsalını azaltmağı tapşırıq verib. Bu tələbdən əlavə, iPhone 14 Plus komponentləri də daha az istehsal olunacaq. Bu kimi səbəblərdən iPhone 14 seriyasının ümumi tədarükünün keçən ilin eyni dövründəki iPhone 13 seriyasının ümumi tədarükündən az olması riski var.

Smartfon bazarının qlobal kommersiya baxımından zəifləməsi və bu ilin üçüncü rübündə smartfon tədarükünün illik 9 faiz azalması da bu şirkətə təsir edib.
 

© copyright 2022 | tech.az | info@tech.az