Apple işçilər üçün maska ​​tələbini aradan qaldırır

Səbinə Eyvazova
03 Avqust 2022 13:30
47 baxış
Apple işçilər üçün maska ​​tələbini aradan qaldırır

Apple əksər korporativ işçilər üçün maska ​​tələbini aradan qaldırmağa qərar verib. Verilən məlumatlara görə, mövcud şərtlər daxilində əksər yerlərdə artıq maska taxmağa ehtiyac qalmayacaq.

Məsələ ilə bağlı açıqlama verən şirkət işçilərin istəsələr maska ​​taxmağa davam edə biləcəklərini və hər kəsin maska ​​taxıb-taxmamaq qərarına hörmət edilməsi lazım olduğunu bildirib.

Maska tələbinin götürülməsi ilə yanaşı, şirkətin ofisə qayıtması ilə bağlı nə olacağı ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Bununla belə Apple-ın bu yaxınlarda elan etdiyi işə qayıtma siyasətinə görə, işçilərin bir müddət ən azı bir gün ofisdən işləməsi tələb olunurdu. Müvafiq olaraq, mayın 2-dən sonra işçilər həftədə iki gün, daha sonra isə mayın 23-dən etibarən isə həftənin üç günü ofisdən işləyiblər. Şirkət onu da qeyd edib ki, əməkdaşlar ofisdə özlərini narahat hiss etdikləri halda yenidən tam məsafədən işləmək imkanı əldə edəcəklər.

© copyright 2022 | tech.az | info@tech.az