Apple işçiləri tətil edəcəklər

Bənövşə Kazımova
12 Oktyabr 2022 11:46
200 baxış
Apple işçiləri tətil edəcəklər

Bütün dünyada baş verən son iqtisadi vəziyyətin gərginləşməsi bir çox şirkətləri çətin vəziyyətə salıb. Bu şirkətlərdən biri də Apple-dır. Şirkət uzun müddətdir ki, bəzi yerlərdə işçi ixtisarı aparmaqla yanaşı, iş şəraitini də ağırlaşdırıb. Bu da tətillərə səbəb olub. 

Avstraliyadakı Apple işçiləri mənsub olduqları Apple-ın Pərakəndə və Fast Food İşçiləri Həmkarlar İttifaqı (RAFFWU) adı altında tətil planlaşdırırlar. Həmkarlar ittifaqı planlaşdırılan tətildə ittifaqın təmsil etdiyi 4000 Avstraliya işçisindən təxminən 150-nin iştirak edəcəyini və şirkətin ölkədəki 22 mağazasından ən azı üçünün əksər müştəri xidmətlərini məhdudlaşdıracağını bildirib.

RAFFWU əmək haqqı danışıqlarında irəliləyiş olmadığı üçün bütün üzvlərini tətilə çağırıb. Tətil oktyabrın 18-də bir saatlıq olacaq. Və bu, Avstraliyada Apple-a qarşı keçirilən ilk tətildir.

© copyright 2022 | tech.az | info@tech.az