Apple köhnə iPhone modelləri üçün güncəlləmə təqdim edib

Bənövşə Kazımova
01 Sentyabr 2022 13:43
97 baxış
Apple köhnə iPhone modelləri üçün güncəlləmə təqdim edib

Apple iPhone 5s, iPhone 6 və bəzi köhnə iPad modelləri üçün iOS 12.5.6 yeniləməsini təqdim edib. 

Şirkətin verdiyi açıqlamaya görə, iOS 12.5.6 yeniləməsi telefonlardakı iki əsas təhlükəsizlik boşluqlarını aradan qaldıracaq. Xakkerlərin bu boşluqlardan  istifadə edə biləcəyini bildirən Apple istifadəçilərə iPhone-larını təcili olaraq yeniləməyi tövsiyə edir.

iOS 12.5.6 yeniləməsi iPhone 5s, iPhone 6, iPhone 6 Plus, iPod touch 6, birinci nəsil iPad Air, iPad mini 2 və iPad mini 3 modelləri üçün mövcuddur.

Əgər bu modellərdən birinə sahibsinizsə, "Settings General Software updates" bölməsinə keçərək güncəlləməni quraşdıra bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az