Apple Lamborghini-nin menecerini işə götürüb

Bənövşə Kazımova
28 İyul 2022 13:30
48 baxış
Apple Lamborghini-nin menecerini işə götürüb

“Apple” superkar istehsalçısı “Lamborghini” şirkətinin menecerini işə götürüb. Taraborelli şirkətdə işlədiyi müddətdə Lamborghini-nin Urus, Huracan və Aventador modellərinin hazırlanmasında da iştirak edib.

Apple avtonom avtomobil modeli haqqında dəqiq açıqlama verməsə də, bu avtomobili üçün bir çox patent alıb.
Taraborrelli-nin işə götürülməsi və Apple-ın gördüyü işlər göstərir ki, şirkət elektrikli avtomobil istehsal edəcək.  Bununla belə, 2014-cü ildən bəri üzərində çalışıldığı güman edilən layihədə hələ də Apple tərəfindən bir prototip görmək şansımız olmayıb.

Bütün bu mənfiliklərə baxmayaraq, şirkət avtomobillərlə bağlı işlərini yekunlaşdırmayıb. Ötən il proqram təminatı üzrə yüksək səviyyəli rəhbərlərindən biri olan Kevin Linç-i layihə rəhbəri təyin edən Apple son olaraq Ford-da təhlükəsizlik direktoru vəzifəsində çalışmış Desi Ujkaşeviçi də işə götürüb.

Avtomobil araşdırmalarını gizli şəkildə həyata keçirən Apple-ın hansı modeli hazırlayacağı maraq doğurur. 2024-cü il şirkətin avtonom olması gözlənilən elektrik avtomobilinin təqdimat tarixi olaraq göstərilir. Lakin əvvəlki kimi bu tarix də yenidən təxirə salına bilər.

© copyright 2022 | tech.az | info@tech.az