Apple məhsullarının “AirDrop” funksiyasına Çində məhdudiyyət tətbiq edilib

Bənövşə Kazımova
11 Noyabr 2022 15:10
59 baxış
Apple məhsullarının “AirDrop” funksiyasına Çində məhdudiyyət tətbiq edilib

Çində istifadəçilər iOS 16.1-i quraşdırdıqdan sonra sürprizlə qarşılaşıblar. Apple cihazları arasında fayl mübadiləsini asanlaşdıran AirDrop üçün vaxt məhdudiyyəti tətbiq olunub. Belə ki, bu məhdudiyyət yalnız 10 dəqiqə ərzində istənilən istifadəçidən faylların qəbuluna imkan verir.

Çindəki iPhone istifadəçiləri də bu xüsusiyyəti bəyəndiklərini ifadə edib. Çünki əksəriyyəti bəzən AirDrop-u söndürməyi unutduğunu, bu zaman fayl paylaşma sorğularının tanımadıqları insanlardan gələ biləcəyini bildirib. Digərləri isə bu dəyişikliyi Apple-ın Çində baş verən son hadisələrə cavabı kimi qiymətləndiriblər.

AirDrop Çində rabitə senzurasının olmadığı bir neçə iPhone funksiyalarındam biridir. Ona görə də insanlar siyasi cəhətdən həssas məzmunu paylaşmaq üçün bu funksiyadan istifadə edirlər. Apple-ın bunu arzuolunmaz fayl paylaşımını azaltmaq üçün etdiyi deyilir. Həmçinin bu xüsusiyyətin hökumət əleyhinə məlumatların yayılmasının qarşısını alacağı gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az