Apple Çindən asılılığını azaltmaq üçün işlərə başlayıb. AirPods və Beats qulaqlıqlarının istehsalı Hindistana köçürüləcəyi planlaşdırılır.
Son zamanlarda iPhone istehsalını digər bölgələrə daşımağa başlayan Apple-ın tərəfdaşı olan “Foxconn” şirkəti Hindistanda “Beats” qulaqlıqlarını istehsal etməyə hazırlaşır. Bundan əlavə, bəzi AirPods modellərinin də burada istehsal olunması gözlənilir. Hansı AirPods modellərinin Hindistan bölgəsinə köçürüləcəyi hələlik məlum deyil. Bununla belə, bəzi mənbələr Apple-ın Çin tədarükçüsü Luxshare Precision Industry-nin Vyetnamda da AirPods istehsalını artırmağa və Hindistan bölgəsində AirPods istehsalına hazırlaşdığını bildirib.
Hindistanda istehsal prosesində yaşanacaq dəyişikliyin qiymət və vergilər baxımından şirkətə fayda verməsi gözlənilir.