Apple-ın marketinq rəhbəri Qreq Josviak Type-C portlu iPhone-lar haqqında açıqlama verib.
Avropa İttifaqı Parlamenti ağılı telefonlar və planşetlər üçün vahid şarj portunun istifadəsi ilə bağlı qanun imzalayıb. Mövzu ilə bağlı açıqlama verən Apple-ın marketinq şöbəsinin rəhbəri Qreq Josviak "biz yeni qanuna əməl etməli olacağıq, başqa seçimimiz yoxdur" sözlərini qeyd edib.
Qüvvəyə minən qanunda bütün mobil telefonlar və planşetlər üçün 2024-cü ilin üçüncü rübündən etibarən Type-C girişi istehsal edilməlidir.
Apple müəyyən qədər bundan məmnun olmasa da, digər variantları da nəzərdən keçirdiyi bildirilib.