Apple şirkəti Braziliya məhkəməsi tərəfindən 19 milyon dollar cərimələnib

Bənövşə Kazımova
15 Oktyabr 2022 13:58
169 baxış
Apple şirkəti Braziliya məhkəməsi tərəfindən 19 milyon dollar cərimələnib

Braziliyada Apple-a şarj cihazı olmadan iPhone satmaq qadağan edilib. Lakin şirkət məhkəmə qərarına əməl etmədən satışını davam etdirir.

Braziliya Ədliyyə Nazirliyi “Apple” şirkətinin istehsalı olan “iPhone” mobil telefonlarının şarj cihazı olmadan satışını qadağan edib. Məhkəmə qərarına əməl etməyən Apple şirkəti isə Braziliyada şarj cihazı olmadan iPhone satmağa davam edib. Bu səbəbdən San-Paulu məhkəməsi Braziliyanın Kreditorlar, İstehlakçılar və Vergi Ödəyiciləri Assosiasiyasının təqdim etdiyi iddia ilə bağlı “Apple”a qarşı qərar qəbul edib və iPhone telefonlarını şarj cihazı olmadan satmağa davam etdiyi üçün Apple-ı 19 milyon dollar cərimələyib. Apple-ın cəriməni ödəyəcəyi və iPhone alan bütün müştərilərə şarj cihazı təqdim edəcəyi gözlənilir.

2020-ci ilin oktyabr ayında təqdim edilən iPhone 12 seriyası ilə Apple indi şarj adapterini və qulaqcığı qutudan tamamilə çıxarıb və bu qərarı daha sonrakı modellərinə də şamil edib.

© copyright 2022 | tech.az | info@tech.az