“Apple” şirkəti TikTok videosu ilə bağlı daha bir əməkdaşını işdən çıxarıb

Bənövşə Kazımova
17 Oktyabr 2022 15:12
242 baxış
“Apple” şirkəti TikTok videosu ilə bağlı daha bir əməkdaşını işdən çıxarıb

Apple qaradərili işçisi Nayla Buni-ni Tiktok videosunda şirkətin ofisini göstərdiyi üçün işdən çıxarıb. Bildirilir ki, video işçi tərəfindən şirkətdə ilk iş günündə çəkilib.

Buni-nin "Texnologiya sahəsində çalışan qaradərili bir qızın həyatında bir gün" adlı videosu motivasiya olub. The Verge-ə verdiyi müsahibədə o, digər qaradərili qadınlara İT sahəsində də karyera qura biləcəklərini göstərmək istədiyini bildirib. Video bir neçə gün ərzində 400.000-dən çox baxış və yüzlərlə şərh toplayıb.

O, həmçinin açıqlamasında "Abunəçilərimin və şərh yazanların 80%-i qaradərili qadınlar idi. Onlarla əlaqə saxlamaq və onları təşviq etmək mənim üçün vacib idi." - deyə qeyd edib.

Apple video səbəbindən həmin işçisinin şirkətdəki karyerasına son qoyub, çünki video korporativ ofis daxilində çəkilib. Həmçinin şirkətlə bağlanmış əmək müqavilələrinin şərtləri bunu qəti şəkildə qadağan edir. Əlavə edək ki, Apple bu yaxınlarda da Tiktok videosunda qadınlar haqqında nalayiq zarafatlar edən əməkdaşını da işdən çıxarıb.

© copyright 2022 | tech.az | info@tech.az