Apple üçüncü rübdə App Store-dan 540000 proqramı silib

Bənövşə Kazımova
12 Noyabr 2022 10:51
179 baxış
Apple üçüncü rübdə App Store-dan 540000 proqramı silib

Apple şirkəti iOS platformasında keyfiyyəti qorumaq üçün uzun müddətdir yenilənməmiş proqramları App Store-dan silir. Şirkət bu yaxınlarda mağazadan 540000 tətbiqi silib.

Bununla da, mövcud proqramların sayı son yeddi ildə ən aşağı səviyyəyə düşüb. Məlumatlara görə, App Store-da tətbiqlərin sayının 1642759-a düşüb. İkinci rübdən bəri 24,79% azalma müşahidə olunub.

Qeyd edək ki, Apple artıq 2016-cı ildə və daha sonra 2022-ci ildə tərtibatçıları xəbərdar edib ki, o, bir müddət üçün yenilənməmiş proqramları App Store-dan silməyə başlayacaq.

© copyright 2022 | tech.az | info@tech.az