Ağıllı saatlarında istifadə etdiyi sağlamlıq texnologiyaları sayəsində Apple bu günə qədər bir çox insanın həyatını xilas edib. “Apple Watch”dan istifadə edən 12 yaşlı İmani Mayls saatın xəbərdarlığı sayəsində xəstəxanaya gedib.
Belə ki, ana ürək döyüntülərinin artdığını görüb və qızını xəstəxanaya aparıb. Erkən xəbərdarlıq sayəsində appendektomiya əməliyyatı keçirən İmani Mayls-da uşaqlarda nadir rastlanan xərçəng növü olduğu müəyyən edilib. Neyroendokrin şişdən müalicəyə başlayan həkimlər xərçəngin onun bədəninin digər hissələrinə yayıldığını bildiriblər. Cərrahi müdaxilə edilən Mayls sağalmağa başlayıb.
Qeyd edək ki, Apple 4-cü seriyadan etibarən EKQ xüsusiyyətini ehtiva edən texnologiyaları ağıllı saatlarına daxil etməyə başlayıb. Bu gün satışda olan Apple Watch modelləri ürək döyüntülərinin izlənməsi, SpO2 monitorinqi və EKQ kimi bir çox sağlamlıq texnologiyalarını əhatə edir. Apple Watch Series 8 toqquşma aşkarlama xüsusiyyəti ilə də avtomobil qəzalarını aşkar edə bilir. Şirkət bu texnologiya üçün ağıllı saata iki yeni hərəkət sensoru əlavə edib.