Apple yeni iPad və Mac modelləri üçün təqdimat keçirməyəcək

Bənövşə Kazımova
27 Sentyabr 2022 11:37
99 baxış
Apple yeni iPad və Mac modelləri üçün təqdimat keçirməyəcək

Apple-ın bu il sentyabr tədbirindən başqa bir tədbir keçirməyəcəyi və yeni məhsullarını sakitcə təqdim edəcəyi bildirilir.
Bu barədə "Bloomberg" xəbər agentliyi məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, şirkət bu il başqa bir tədbir keçirməyəcək. Apple yenilənmiş iPad və Mac modellərini təqdimatsız, sadəcə press-relizlə elan edəcək. Bloomberg-in redaktoru Mark Qurman-ın sözlərinə görə, Amerika şirkətinin daha bir böyük təqdimat üçün büdcəsi yoxdur.

Apple-ın M2 və M2 Pro prosessorlu Mac mini, M2 Pro və M2 Max prosessorlu 14 və 16 düymlük MacBook Pro, M2 prosessorlu 11 və 12,9 düymlük iPad Pro və A14 çipli Apple TV təqdim edəcəyi gözlənilir. Şrkət yeni məhsullarını öz rəsmi saytında elan edəcək.

© copyright 2022 | tech.az | info@tech.az