AppLovin 20 milyard dollara Unity-ni almaq istəyir

Cəmil Hüseynzadə
10 Avqust 2022 13:20
131 baxış
AppLovin 20 milyard dollara Unity-ni almaq istəyir

AppLovin Unity-ni 20 milyon dollara satın almağı təklif edib. Əgər Unity bu təklifo qəbul etsə, AppLovin-in rəqibi ironSource-ni satın almaqdan imtina etməlidir.

 

Unity CEO-su Con Riccitiello açıqlamasında ironSource-ni almaqda maraqlı olduqlarını bildirib. Buna səbəb ironSource-ni gəlir əldə etmək üçün Unity-yə müxtəlif alətləri təqdim edə bilməsidir. AppLovin-lə bağlı hələ ki bir açıqlama berilməyib.

Applovin CEO-su Adam Foroughi açıqlamasında "Biz inanırıq ki, AppLovin və Unity birlikdə böyük inkişaf potensialına malik olan bazarda aparıcı yarada bilər" deyib. O, həmçinin, bildirib ki, Unity yeni şirkətin 55%-ə sahib olacaqdır. Bu da 49% səsvermə hüququ deməkdir. Lakin, ironSource ilə anlaşmaya görə şirkət Unity-nin törəmə şirkəti olacaq.

© copyright 2022 | tech.az | info@tech.az