Artıq “Whatsapp”da səsli mesajları status kimi paylaşa biləcəyik

Bənövşə Kazımova
26 Noyabr 2022 16:02
172 baxış
Artıq “Whatsapp”da səsli mesajları status kimi paylaşa biləcəyik

Yaxın zamanda “WhatsApp” platformasında istifadəçilər səsli mesajları status kimi paylaşa biləcəklər.

Məlumatlara görə, bu funksiya artıq “Android” üçün sınaqdan keçirilib. Bu dəfə yenilik tətbiqin “iOS” üçün ən son beta versiyasında aşkarlanıb.

Nəzərinizə çatdıraq ki, statusda 30 saniyəyə qədər səsli qeydləri paylaşmağa icazə veriləcək. Bu halda, istifadəçilərə statusa mətn də əlavə edə biləcəklər. Yeni funksiyanın bütün istifadəçilərə nə zaman istifadəyə veriləcəyi hələlik bəlli deyil.

© copyright 2022 | tech.az | info@tech.az