Artırılmış və virtual reallıq eynəkləri üçün əlcəklər hazırlayan Haptx 23 milyon dollar investisiya alıb

Bənövşə Kazımova
17 Sentyabr 2022 11:19
86 baxış
Artırılmış və virtual reallıq eynəkləri üçün əlcəklər hazırlayan Haptx 23 milyon dollar investisiya alıb

İstehsal etdiyi əlcəklə daha realist artırılmış və virtual reallıq təcrübəsi təqdim etməyi hədəfləyən Haptx yeni investisiya aldığını açıqlayıb. Haptx-ın verdiyi məlumata görə, startap 23 milyon dollar investisiya alıb. Haptx-ın 23 milyon dollarlıq investisiya turuna AIS Global və Crescent Cove Advisors rəhbərlik edib. Turda AIS Global və Crescent Cove Advisors ilə yanaşı, Verizon Ventures, Mason Avenue Investments və Taylor Frigon Capital Partners də iştirak edib.

HaptX sonuncu dəfə 2021-ci ilin iyulunda A Seriyasının maliyyələşdirmə turunda 12 milyon dollar almışdı. 23 milyon dollarlıq yeni sərmayə ilə HaptX-in indiyə qədərki ümumi investisiyası 58 milyon dollara çatıb.

Startap 2012-ci ildə ABŞ-da Robert Kroket və Cek Rubin tərəfindən qurulub. Haptx tərəfindən istehsal olunan əlcəklər virtual toxunma təcrübəsi təqdim edir. Bundan əlavə, startapın istehsal etdiyi əlcəklər təhsil, simulyasiya, sənaye dizaynı, oyun və robototexnika kimi sahələrdə tətbiqi üçün nəzərdə tutulub. 

Bildirək ki, 23 milyon dollarlıq yeni sərmayə məhsulun bazara hazır olması və yeni texnologiyaların hazırlanması üçün istifadə olunacaq. Hazırda 50 nəfərlik komandası olan startap 2023-cü ilin sonuna qədər komandasını 100 nəfərə çatdırmağı planlaşdırır.

© copyright 2022 | tech.az | info@tech.az