AYİB-in prezidenti Odil Renaud-Basso bankın "Star Venture" proqramına qoşulmuş Azərbaycan startapları ilə görüşüb

Bənövşə Kazımova
14 Sentyabr 2022 17:05
166 baxış
AYİB-in prezidenti Odil Renaud-Basso bankın "Star Venture" proqramına qoşulmuş Azərbaycan startapları ilə görüşüb

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Renaud-Basso bankın "Star Venture" proqramına qoşulmuş Azərbaycan startapları Recepta, Adviad və Push30 ilə görüşüb. Prezident görüş zamanı startaplar proqrama seçilmələri münasibətilə təbrik edib. Həmçinin görüşdə startaplar sertifikatlarla təltif olunub.

"Star Venture" proqramına seçilmiş startaplar müxtəlif imkanlardn istifadə edə biləcəklər. Bu imkanlara 50 min avro dəyərində maliyyə və qlobal şəbəkələrə çıxış, məsləhət və mentorluq, eləcə də biznesin genişləndirilməsi daxildir.

AYİB-in ölkəmizdə həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Star Venture" proqramı startaplara, akseleratorlara və məsləhətçilərə öz potensiallarını üzə çıxarmağa imkan verir.

© copyright 2022 | tech.az | info@tech.az