Azerbaijani Tech Network-ün təşkilatçılığı və GOUP-un media partnyorluğu ilə #techbrains2022_USA tədbiri keçirilib

Cəmil Hüseynzadə
30 Sentyabr 2022 13:01
344 baxış
Azerbaijani Tech Network-ün təşkilatçılığı və GOUP-un media partnyorluğu ilə  #techbrains2022_USA tədbiri keçirilib

Azerbaijani Tech Network-ün təşkilatçılığı və GOUP-un media partnyorluğu ilə Azərbaycanlı mühəndislərin #techbrains2022_USA tədbiri keçirilib. Tədbirdə Amerikada yaşayan və çalışan azərbaycanlı mühəndislər öz təcrübələrini, bilgilərini paylaşıblar. Apple, Fortinet, Alcatraz, TripActions, SolidShape, Gladly kimi şirkətlərdə və startaplarda çalışan mühəndislər tədbirdə iştirak ediblər.

Məruzəçilər texnologiya və İT sahəsində baş verən ən son yeniliklər, son trendlər haqqında danışıblar. 

Xatırladaq ki, ötən günlərdə GOUP-un təşkilatçılığı ilə Bakıda #techbrains_Baku tədbiri baş tutmuşdu.

Azerbaijani Tech Network Silikon Vadisində yaşayan mühəndislər və texnoloji mütəxəssislərdən ibarət təşəbbüs qrupudur. Azerbaijani Tech Network əsas məqəsdi texnologiya sahəsində çalışan azərbaycanıları bir araya gətirmək və dəstək olmaqdır.

© copyright 2022 | tech.az | info@tech.az