Azərbaycan oyun studiyası PolyDream 4 milyon dollar dəyərləndirmə ilə investisiya alıb

Cəmil Hüseynzadə
28 İyun 2022 13:30
84 baxış
Azərbaycan oyun studiyası PolyDream 4 milyon dollar dəyərləndirmə ilə investisiya alıb

Azərbaycan oyun studiyası PolyDream 4 milyon dollar dəyərləndirmə ilə investisiya alıb. Bu barədə şirkətin təsisçisi Fariz Bədəlzadə sosial şəbəkə hesabında məlumat verib.

PolyDream çox yeni bir oyun studiyasıdır və bu barədə hələ ətraflı məlumat yoxdur. Yalnız studiyanın hazırda VR layihəsi üzərində işlədiyini bilirik. 

Son vaxtlar dünyada oyun studiyaları yüksək dəyərləndirmə ilə investisiya alamaları gündəmdədirlər. Hazırda bir çox oyun studiyaları investisiya almaq və yeni oyunlar təqdim etmək üzrə yarışırlar. Çox yaxşı haldır ki, bu tendensiya ölkəmizdən yan keçmədi və yerli oyun studiyamızda da yüksək məbləğdə investisiya ala bildi.

© copyright 2022 | tech.az | info@tech.az